Abşeronda xəsarətlə nəticələnən yol qəzası baş verib. "Report"un məlumatına görə, hadisə Hökməli qəsəbəsində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində nəqliyyat vasitələrindən birində olan 2019-cu il təvəllüdlü Məcidli Yusif Fariz oğlu müxtəlif bədən xəsarətləri alıb. Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man