Hacıqabulda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
“KamAZ” markalı avtomobil yolu keçən Bərdə rayonunda məskunlaşan Zəngilan rayon sakini, 1965-ci il təvəllüdlü Şəmilov Tofiq Muxtar oğlunu vurub. Ağır yaralanan piyada Hacıqabul Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man