Sudanın şimalında yerləşən Kurdufan əyalətində reys avtobusunun iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az “Andaolu Agentliyi”nə istinadən xəbər verir ki, hadisə Əl-Ubeyd şəhəri ərazisində qeydə alınıb.
Məlumata görə, avtobusun aşması nəticəsində azı 11 nəfər ölüb, 38 nəfər isə xəsarət alıb.
Yaralılar, ambulanslarla şəhər xəstəxanalarına yerləşdiriliblər. Onlardan bəzilərinin səhhətlərinin ağır olduğu bildirilib. Həkimlər ölü sayının artacağını istisna etməyib.
Müvafiq qurumlar qəzanın baş vermə səbəblərini araşdırır.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man