Türkiyənin məşhur qurmanı Məhmət Yaşin yol qəzasına düşüb. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə İstanbulun Zeytunbrunu rayonunda qeydə alınıb.
Məlumata görə, A.T.K. idarə etdiyi “Volkswagen Amarok” markalı avtomobillə, hərəkətdə olarkən, döngədə, içərisində Məhmət Yaşinində olduğu, R.Z.-nın idarə etdiyi “Peugeot” markalı minik maşınına arxadan çırpılıb. Zərbənin şiddətindən “Pejo” səkiyə çıxıb.
Qəzada xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.
Hadisə yerinə yol patrul xidmətinin əməkdaşları cəlb edilib.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man