Hacıqabulda yol qəzası olub,ölən və xəsarət alan var

Yol qəzaları 03 Sentyabr 2020 | 08:55
OXUNUB: 706

Hacıqabulda ölümlə və xəsarətlə nəticələnən ağır yol qəzası qeydə alınıb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Muğan kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 23 yaşlı sürücü, Bərdə rayon sakini Rzayev Çoşqun Malik oğlunun idarə etdiyi “Ford” markalı yük maşını "KaMAZ" markalı yük maşını ilə toqquşub. Hadisə zamanı yük maşınında olan şərnişin, Bərdə rayon sakini, 1991-ci il təvəllüdü İbrahimov Qabil Akif oğlu elə hadisə yerindəcə dünyasını dəyişib, sürücü isə müxtəlif növ ağır bədən xəsarətləri alaraq Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və Travmatologiya şöbəsinə yerləşdirilib.

Fakt araşdırılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man