Bakıda avtomobil iki dostu vuraraq ağır xəsarət yetirdi

Yol qəzaları 02 Sentyabr 2020 | 08:45
OXUNUB: 715

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Bakıxanov qəsəbəsində yol kənarında dayanan 1981-ci il təvəllüdlü Hüseynov Zaur Fəxrəddin oğlu və 1995-ci il təvəllüdlü İbrahimov Süleyman Rövşən oğlunu minik avtomobili vurub. Yaralılar təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Müayinə zamanı Z.Hüseynova sol bud sümüklərinin yerdəyişən qəlpəli sınığı, S.İbrahimova isə sol budun açıq yerdəyişən sınığı, habelə bədənin digər əzikləri diaqnozları qoyulub.

İlkin ehtimala görə, hadisəyə avtomobilin idarəetmədən çıxması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man