Bakıda piyada zolağında nəvəsini qoruyan nənəni maşın vurub öldürdü - FOTO

Yol qəzaları 01 Sentyabr 2020 | 15:23
OXUNUB: 9701

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Şahidlərin “Report”a verdiyi məlumata görə, hadisə paytaxtın Gəncə prospektində qeydə alınıb. Belə ki, 99 GN 053 dövlət qeydiyyat nömrə nişanlı “Mercedes” markalı avtomobil piyada zolağında ad-soyadı hələlik məlum olmayan yaşlı qadını vuraraq öldürüb.

Şahidlərin sözlərinə görə, avtomobil piyada zolağında qadının nəvəsini vuran zaman o, uşağı xilas etməyə çalışıb. Həmin an avtomobil qadını vuraraq öldürüb, onun nəvəsi isə ağır yaralanıb və təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man