Bakıda və Bərdədə avtomobil qəzası nəticəsində qaz xətləri zədələnib - FOTO

Yol qəzaları 01 Sentyabr 2020 | 12:34
OXUNUB: 762

Bu gün səhər saatlarında baş verən qəzalar zamanı Bakının Xətai rayonunda və Bərdədə qaz təchizatında müvəqqəti fasilələr yaranıb. “Azəriqaz” İB-dən Avtosfer.az-a verilən məlumata görə, Bakı şəhəri, Xətai rayonu, İ. İsmayılov küçəsi "Halal" mərasim evi ilə üzbəüz ərazidə avtomobil yoldan çıxaraq əhali abonentlərini  qazla təmin edən yerüstü orta təzyiqli diametri 57 mm olan qaz xəttinə çırpılıb. Qaz borusu yararsız hala düşüb. Nəticədə 80 abonentin qaz təminatında fasilə yaranıb.

Bərdə şəhərinin Həzi Aslanov küçəsi  istiqamətində də avtomobillə diametri 40 mm olan qaz xəttini vurub yararsız hala salıblar. Qaz təchizatı dayandırılan müddətdə 45 abonentin qaz təminatında fasilə yaranıb. Hər iki hadisə ilə bağlı müvafiq prosedurların icrasına başlanılıb.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man