Sabunçuda yol qəzası oldu, 2 piyadanın ayaqları sındı

Yol qəzaları 01 Sentyabr 2020 | 08:19
OXUNUB: 855

Bakıda xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu A.Bakıxanov qəsəbəsində qeydə alınıb. 

Belə ki, yolu keçmək istəyərkən piyadalar - 1981-ci il təvəllüdlü Hüseynov Zaur Fəxrəddin oğlu və 1995-ci il təvəllüdlü İbrahimov Süleyman Rövşən oğlunu avtomobil vurub. Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar. 

Z.Hüseynova sol bud sümüyünün yuxarı üçdə birinin qapalı yerdəyişmiş sınığı, S.İbrahimova isə hər iki ayağının sınığı diaqnozu qoyulub. Hər iki şəxs əməliyyata götürülüb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man