Cənubi Koreyada ABŞ silahlı qüvvələrinə məxsus zirehli maşının və minik avtomobilinin iştirak ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, hadisə avqustun 30-da Poçhom şəhəri yaxınlığında qeydə alınıb. Bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Məlumata görə, yerli sakin yüksək sürətlə idarə etdiyi "Hyundai" maraklı minik avtomobilini, hərbi baza istiqamətində hərəkətdə olan zirehli maşına arxadan çırpıb. Zərbənin təsirindən minik avtomobili deformasiyaya uğrayıb. Qəza nəticəsində avtomobilin sürücüsü və 3 sərnişini aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər. Zirehli maşında olan biri hərbi qulluqçu isə yaralanıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man