Rusiyanın Kursk əyalətində yük maşınının və atın iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, qəza Fatej-Dmitriev trasında qeydə alınıb. Bu barədə avqustun 30-u Rusiya DİN-in əyalət üzrə Mətbuat Xidmətindən məlumat verilib.
Məlumata görə, 27 yaşlı sürücü idarə etdiyi "Kamaz" markalı yük maşını ilə, hərəkətdə olarkən qəfildən qarşısına çıxan at vurub. Zərbənin təsirindən at tələf olub, "Kamaz" isə sürücünün idarəetməsindən çıxaraq yol kənarına aşıb.
Qəza nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı, hadisə yerinə cəlb edilən təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ancaq həkimlərin bütün səylərinə rəğmən o, dünyasını dəyişib.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man