Baş direktoru avtomobil vuraraq öldürüb - FOTO

Yol qəzaları 30 Avqust 2020 | 00:42
OXUNUB: 7367

Fransanın "Bonduelle" konservləşdirilmiş tərəvəz konserv şirkətinin baş direktoru Jerom Bondüeli avtomobil vuraraq öldürüb.

Bu barədə məlumatı BFM TV telekanalı yayıb.

Hadisə şənbə günü gecə Lill şəhərində baş verib. Bondüel həyat yoldaşı və dostları ilə birgə şəhər ətrafında velosiped sürərkən onu maşın vurub. Toqquşmadan sonra sürücü hadisə yerindən qaçıb.

Hadisə yerinə gələn xilasedicilər və həkimlərin səylərinə baxmayaraq, Bondüel aldığı xəsarətlərdən dünyasını dəyişib.

Xatırladaq ki, 50 yaşlı Jerom "Bonduelle" şirkətinin təsisçisi olan Bruno Bondüelin oğlu idi. O, şirkətdə 17 ildən çox müxtəlif vəzifələrdə işləyib.

Qeyd edək ki, "Bonduelle" məhsulları yalnız Fransada deyil, həmçinin bir çox Avropa ölkəsində, Rusiya, Azərbaycan, ABŞ, Kanada və digər ölkələrdə geniş şəkildə təmsil olunur.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man