Əks zolağa çıxan “Hyundai” yük maşını ilə toqquşdu; 4 nəfər öldü - FOTO

Yol qəzaları 29 Avqust 2020 | 19:26
OXUNUB: 1544

Çuvaşiya Respublikasında iki nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az Rusiya DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə avqustun 29-da Tsivilsk – Ulyanovsk avtomagistralının 89-cu kilometrliyində Batırevsk rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.  

Məlumata görə, hərəkətdə olan “Hyundai Solaris” markalı avtomobil, sürücünün idarəetməsindən çıxaraq yolun əks istiqamətinə çıxıb və qarşıdan gələn “DAF” markalı yük maşını ilə toqquşub.

Zərbənin təsirindən minik avtomobili deformasiyaya uğrayıb.

Qəza nəticəsində biri qadın olmaqla, ümumilikdə 4 nəfər dünyasını dəyişib. Vəfat edənlər 20-23 yaşları arasında olan Çuvaşiya və Dağıstan vətəndaşlardır. 

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man