Şəkidə avtoqəza nəticəsində 4 nəfər xəsarət alıb

Yol qəzaları 29 Avqust 2020 | 20:24
OXUNUB: 919

Şəkidə yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə bu gün günorta saatlarında Şəki şəhəri Bəxtiyar Vahabzadə küçəsində baş verib. Ötmə əməliyyatı yerinə yetirən “Tofaş” markalı avtomobil qarşıdan gələn “Nissan Tiida” markalı avtomobilin sağ tərəfinə dəyərək yoldan çıxıb və ağaca çırpılıb. Nəticədə “Tofaş”da olan sürücü də daxil 4 nəfər – 17 yaşlı Mikayıl Cəbrayılov, 15 yaşlı Abdulla Əhmədov, 28 yaşlı Vüsal Abdulxalıqlı və 21 yaşlı Elvin Lətifov xəsarət alıblar. Yaralıları avtomobildən çıxarılaraq Şəki RMX-na çatdırıblar. Xəstəxanada yaralılara ilkin tibbi yardım göstərilib. Hazırda onların müayinəsi və müalicəsi davam etdirilir. Onlardan 2-nin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man