Nigeriyada “Bell” tipli özəl vertolyot evin üzərinə düşüb. Avtosfer.az xəbər verir ki, hadisə Laqos şəhərində qeydə alınıb. Bu barədə “Vanqard” qəzeti məlumat yayıb.
Məlumata görə, qəza nəticəsində 2 nəfər ölüb, 1 nəfər isə ağır xəsarətlər alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, ölən və xəsarət alanların hamısı vertolyotda olanlardır.
Hadisə zamanı evin damı və yaxınlıqda park edilmiş avtomobil də zərər görüb.
Hüquq-mühafizə orqanları tərəfindən qəzanın baş vermə səbəbləri araşdırılır.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man