Bərdədə yük və minik avtomobillərinin toqquşması nəticəsində 1 nəfər xəsarət alıb. Avtosfer.az-ın Qarabağ üzrə bölgə müxbirinin məlumatına görə, hadisə rayonun Xanağalı kəndində baş verib.
Belə ki, yük maşını hərəkətdə olan zaman qarşı tərəfdən gələn "Vaz-2106" markalı minik avtomobili ilə toqquşub.
Hadisə zamanı minik avtomobilinin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man