Ucarda avtomobil su kanalına aşıb - VİDEO

Yol qəzaları 24 Avqust 2020 | 08:09
OXUNUB: 757

Ucar rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Bakı-Qazax magistralının rayonun Müsüslü kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Magistralda hərəkətdə olan 10-GZ-774 dövlət qeydiyyat nişanlı "VAZ-2107" markalı avtomobil güclü yağış səbəbi ilə idarəetmədən çıxaraq sürüşüb. Daha sonra avtomobil yolun kənarındakı reklam lövhəsinə dəyərək su kanalına aşıb.

Hadisə zamanı avtomobilin sürücüsü və bir nəfər sərnişin yüngül xəsarət alıb.

Avtomobili su kanalından çıxarmaq üçün bir neçə dəfə yük avtomobillərinə bağlayıb çəksələr də mümkün olmayıb. Nəhayət yoldan keçən digər avtomobillərin sürücüləri və Müsüslü kəndinin sakinləri avtomobili qalın kəndirlə dartaraq su kanalından çıxarıblar. ("Report")

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man