Döngəyə sürətlə girən avtomobil TIR-la toqquşdu; 3 ölü, 5 yaralı - FOTOLAR

Yol qəzaları 23 Avqust 2020 | 10:33
OXUNUB: 3789

Türkiyənin Tokat vilayətində iki nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə Tokat-Erzincan D-100 avtomagistralının  Rəşadiyə rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, Köksal Qaya idarə etdiyi 60 RC 560 qeydiyyat nömrə nişanlı avtomobillə, sürətlə daxil olduğu döngədə sükan idarəetməsini itirib və hərəkətin əks istiqamətinə çıxaraq  qarşıdan gələn TIR-la toqquşub. Zərbənin təsirindən minik avtomobili deformasiyaya uğrayıb.

Qəza nəticəsində 3 nəfər (Köksal Qaya, Özləm Gürbüz, Fatma Dəmir) ölüb, 5 nəfər (Yeşim Kuzucu, Nurgül Akpınar, Cansel Qorxmaz, Seda Yıldız və TIR sürücüsü Ayhan Gündüz) isə xəsarət alıb.

Yaralılar, hadisə yerinə çağırılan ambulanslarla xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man