Daşkəsəndə yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Gəncə-Daşkəsən yolunun rayonun Bayan kəndindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan "VAZ 21011" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı maneəyə çırpılıb. Qəza zamanı avtomobildə olan sərnişin - Samux rayon sakini, 1971-ci il təvəllüdlü Məmmədov Cahangir Qüdrət oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Xəstənin vəziyyətinin kafi olduğu bildirilir.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır. (APA)
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man