Kürdəmir rayonunda yol qəzası baş verib.
"Report"un məlumatına görə, hadisə Bakı-Qazax yolunun rayonun Karrar kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Opel" markalı avtomobilin sürücüsü Bakı istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib.
Nəticədə avtomobil yoldan çıxaraq aşıb və avtomobildəki sərnişin, Gəncə sakini, 29 yaşlı Hüseynlu Sevinc Akif qızı müxtəlif dərəcəli növ bədən xəsarəti alıb. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man