Çində tanker və bərənin iştirakı ilə ağır qəza baş verib. Avtosfer.az xəbər verir ki, hadisə avqustun 20-də yerli saatla 03:39-da Şanxay yaxınlığında, Yantsız çayının mənsəbində qeydə alınıb. Bu barədə Çinin Mərkəzi telekanalı məlumat yayıb.
Məlumata görə, həbsxanaya 3 min ton benzin daşıyan tanker, qırma daş daşıyan bərə ilə toqquşub. Zərbənin təsirindən tanker yanıb, bərə isə batıb.
Hadisədən sonra xilasedicilər, 17 nəfərlik iki ekipaj heyətindən 3 nəfəri xilas edə biliblər.
Qalan 14 nəfərin axtarışları isə davam etdirilir.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man