Bakıda yolu təyin olunmamış yerdən keçən qadını maşın vurdu
Yol qəzaları20 Avqust 2020 | 01:41
OXUNUB: 4026
Bakının Səbail rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA xəbər verir ki, hadisə Neftçilər prospektində qeydə alınıb. 45 yaşlı Gülnarə Novruzova yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub. Yaralı ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Fakt Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.