Gədəbəydə 2 piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Avtosfer.az-ın məlumatına görə, hadisə rayonun Slavyanka kənd ərazisində qeydə alınıb. Belə ki, "VAZ-2106" markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən, 2001-ci il təvəllüdlü Şabanova Nuranə Fikrət qızını və onun qızı, 2015-ci il təvəllüdlü Lalə Seymur qızı Şabanovanı vurub. Müxtəlif bədən xəsarətləri alan piyadalar hadisəni törədən sürücü tərəfindən xəstəxanaya aparılıb. Onların vəziyyətinin qənaətbəxş və kafi olduğu bildirilir.