Bakıda sürücü idarəetməni itirdi, ağır xəsarət aldı
Yol qəzaları20 Avqust 2020 | 01:35
OXUNUB: 1473
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb. Belə ki, 1963-cü il təvəllüdlü Süleymanov Vaqif Mikayıl oğlu hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı maneəye çırpılıb və sürücü ağır xəsarət alıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona açıq kəllə-beyin travması və alın sümüyünün sınığı diaqnozu qoyulub.