Səbail rayonu Bayıl qəsəbəsində sərnişin avtobusu ilə minik avtomovbili toqquşaraq, qəza törədiblər. Postnews.az xəbər verir ki, “BakuBus” MMC-yə məxsus 99-JX-105 dövlət nömrə nişanlı 88 saylı sərnişin avtobusu ilə “BMW” markalı 99-LP-211 dövlət nömrə nişanlı minik avtomobili toqquşub. Hadisəyə görə maqistral yolda tıxac yaranıb və avtomobillərin hərəkətində məhdudiyyətlər var.
Hadisə zamanı xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.
Dövlət Yol Polisi əməkdaşları hadisə yerinə gələrək, araşdırma aparırlar.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man