Şəmkir rayonunda müxtəlif yerlərdə 2 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Qəzalardan biri Bakı-Qazax avtomobil yolunun Şəmkir rayon Kür qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
Digər hadisə isə "Kraz yolu" adlandırılan ərazidə baş verib. 23 yaşlı Ceyhun Əsədov qəza zamanı xəsaət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə çatdırılıb.