Bakı-Sumqayıt yolunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə "Ekologiya postu"nun yaxınlığında qeydə alınıb. Belə ki, 1995-ci il təvəllüdlü Həsənov İsmət Fikrət oğlu yolu keçmək istəyərkən motosiklet onu vurub.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.