Şəkidə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Report-un məlumatına görə, hadisə Şəki şəhərinin giriş hissəsində qeydə alınıb. Şəki rayon Kiçik Dəhnə kənd sakini 1946-cı il təvəllüdlü Fazil Əhmədiyyə oğlu Cabbarov yolu keçmək istəyərkən “VAZ-2104” markalı avtomobil tərəfindən vurulub. Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəstəxanadan verilən məlumata görə, 74 yaşlı F. Cabbarov xəstəxananın reanimasiya şöbəsində müalicə olunur. Vəziyyəti orta-ağır qiymətləndirilir.