Şəmkirdə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb. Yolu keçmək istəyən 1961-ci il təvəllüdlü Məmmədov Nicat Muxtar oğlunu maşın vurub.
Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.