Abşeronda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Xırdalan şəhərində qeydə alınıb.
Yolu keçən 1992-ci il təvəllüdlü Məmmədov Nurlan Qədir oğlunu hərəkətdə olan motosiklet vurub. Zərbənin təsirindən ağır bədən xəsarətləri alan gənc təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona sol körpücük sümüyünün sınığı və bədənin müxtəlif dərəcəli əziyləri diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır. ("Report")
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man