Tovuzda 2 nəfərin xəsarət alması ilə nəticələn yol qəzası baş verib. APA-nın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Düz Qırıxlı kəndindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “VAZ 21010” maralı minik maşını ilə “Opel” markalı avtomobil toqquşub. Qəza zamanı xəsarət alanlar xəstəxanaya yerləşdirilib.