Bərdədə qorxunc qəza - Sərnişin avtomobilin ön şüşəsindən çıxdı - FOTO

Yol qəzaları 16 Avqust 2020 | 01:57
OXUNUB: 1488

Bərdə şəhərinin Nüşabə küçəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb. APA-nın xəbərinə görə, “VAZ 2107” markalı avtomobillə qarşıdan gələn “Jeep” markalı minik avtomobili toqquşub. Nəticədə “VAZ 2107” markalı avtomobildə olan rayon sakini, 1978-ci il təvəllüdlü Əsgərova Gülnarə Fərhad qızı avtomobilin ön şüşəsindən çıxaraq yol kənarında səkiyə çırpılıb. 

Ağır xəsarətlər alan qadın Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, G.Əsgərovaya ağır kəllə-beyin travması və alın nahiyəsinin yarılmış və sağ qolun sınmış diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man