“Toyota” uçuruma yuvarlandı; 1 ölü, 3 yaralı - FOTO

Yol qəzaları 11 Avqust 2020 | 14:44
OXUNUB: 1213

Çeçenistanda minik avtomobilinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, hadisə Vedensk rayonu ərazisində qeydə alınıb. Bu barədə respublikanın Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Məlumata görə, dağlıq ərazidə yerləşən “Buni – Makaj” avtomagistralında hərəkətdə olan “Toyota Camri” markalı minik avtomobili, sürücünün idarəetməsindən çıxaraq uçuruma yuvarlanıb. Qəza nəticəsində 1 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.

Sürücü və 2 sərnişin ağır vəziyyətdə, hadisə yerinə cəlb edilən təcili tibbi yardım briqadasının köməkliyi ilə Şalinsk rayon xəstəxanasına çatdırılıblar.

Faktla əlaqədar araşdırmalara başlanılıb.

 

Namiq Musayev

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man