Qaxda minik avtomobili və mikroavtobus toqquşub - FOTO

Yol qəzaları 09 Avqust 2020 | 09:22
OXUNUB: 1286

Qax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza dünən axşam saatlarında Qax-Zaqatala avtomobil yolunun, Qax rayonu Ləkit kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Zaqatala rayon sakini, 1998-ci il təvəllüdlü Əliyev Zahid Davud oğlunun idarə etdiyi “VAZ-2109” markalı avtomobillə, Şəki rayon sakini, 1993-cü il təvəllüdlü Orxan Qasımzadənin sükanı arxasında olduğu “Mercedes” markalı yük avtomobili toqquşub.

Qəzadan sonra ağaca və yol nişanına çırpılan “VAZ” markalı avtomobil yol kənarına aşaraq yanıb. Hadisə yerinə Qax Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən texnikası və şəxsi heyəti cəlb olunub. Avtomobil yanaraq yararsız vəziyyətə düşüb.

Qəza zamanı yük avtomobilinin sürücüsü və sərnişini xəsarət almasa da, “VAZ”ın sürücüsü aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti yüngül olduğu üçün ona ilkin tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır. (“Report”)

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man