Bakıda yol qəzası baş verib. “Report”un məlumatına görə, hadisə rayonun Zabrat qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində iki avtomobilin toqquşması nəticəsində 1988-ci il təvəllüdlü Zeynalova İlahə Ədalət qızı bədən xəsarətləri alıb.
Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.