Bakıda 4 nəfər yol qəzasında yaralandı - SİYAHI

Yol qəzaları 09 Avqust 2020 | 00:50
OXUNUB: 1213

Bakıda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən növbəti yol-nəqliyyat hadisəsi baş verib. “Report”un məlumatına görə, hadisə Qaradağ rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 1958-ci il təvəllüdlü Məmmədov Marks Füzuli oğlu, 1995-ci il təvəllüdlü Cəbrayılov Elvin Vahid oğlu, 1998-ci il təvəllüdlü Qarayev Malik Əliş oğlu və 1986-cı il təvəllüdlü Sultanov Mehman Atakişi oğlu ağır bədən xəsarətləri alıblar.

Yaralılar təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Müayinə zamanı M. Məmmədov və M. Qarayeva qapalı kəllə-beyin travması, E.Cəbrayılova döş qəfəsinin küt travması, M. Sultanova isə daxili qanaxma və qarnının küt travması diaqnozları qoyulub. Hadisənin təfərrüatları araşdırılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man