Yük maşını “Mazda” ilə toqquşdu; 4 ölü, 2 yaralı - FOTO

Yol qəzaları 08 Avqust 2020 | 20:28
OXUNUB: 772

Rusiyanın Novosibirsk əyalətində iki nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, hadisə avqustun 8-də Ozerno qəsəbəsi ilə Kupino şəhərini birləşdirən trasda qeydə alınıb. Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əyalət üzrə regional qrupundan məlumat verilib.

Məlumata görə, 1976-cı il təvəllüdlü sürücü idarə etdiyi “Hino Ranger” markalı yük maşını ilə hərəkətdə olarkən yolun əks istiqamətinə çıxıb və qarşıdan gələn “Mazda” markalı minik avtomobillə toqquşub. Zərbənin şiddətindən minik avtomobilinin sağ yan hissəsi deformasiyaya uğrayıb.

Qəza nəticəsində “Mazda”da olan 4 nəfər ölüb, daha 2-si isə xəsarət alıb.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man