Sumqayıtda ağır qəza: Maşın aşdı, yaralılar var - FOTO

Yol qəzaları 08 Avqust 2020 | 15:27
OXUNUB: 1610

Sumqayıt şəhərində avtomobil yol kənarında dayanan digər maşına çırpılaraq aşıb. 

Baku TV xəbər verir ki, hadisə şəhərin 10-cu mikrorayon ərazisində, Koroğlu prospektində baş verib. 

Belə ki, “Mitsubishi” markalı, 99 RE 741 dövlət nömrə nişanlı minik maşınının sürücüsü idarəetməni itirərək, nəqliyyat vasitəsini yol kənarında dayanan “Chevrolet Aveo” markalı, 50 CJ 868 dövlət nömrə nişanlı avtomobilə çırpıb.

Zərbənin gücündən “Mitsubishi” aşıb.

Nəticədə, aşan maşında olan iki nəfər şəxs ağır xəsarət alıb. Hadisə yerinə Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin və Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının briqadası cəlb olunub.

Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra onlar xəstəxanaya aparılıb. Qəza zamanı ölən ölmasa da, hər iki avromobilə ciddi ziyan dəyib. 

Faktla bağlı araşdırma aparılır

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man