Sabirabad rayonunda yol qəzası baş verib.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, avqustun 1-i saat 18 radələrində Sabirabad rayonunun Qarağac kəndi ərazisində Yeni Noxudlu kənd sakini F.Əhmədov idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən kənd sakini Rəhim Rəhimovu vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Sabirabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man