Yunanıstanda tək mühərrikli təyyarə qəzaya uğrayıb. Avtosfer.az xəbər verir ki, hadisə avqustun 3-də Serre əyalətinin Proit kəndi ərazisində qeydə alınıb. Bu barədə “Skai” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, təyyarə aydınlaşdırılmayan səbəblərdən, evin üzərinə düşüb. Qəzadan sonra pilot özü təyyarədən çıxıb, hazırda onun səhhəti normaldır. Digər xəsarət alanların olub-olmadığı barədə məlumat verilmir.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man