Misirdə mikroavtobusun iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, hadisə Əl-Marıyüti rayonunda qeydə alınıb. Bu barədə “Al Youm As Sabi” portalı məlumat yayıb.
Portalın məlumatına görə, sürücünün idarəetməsindən çıxan mikroavtobus, çevrilərək su kanalına aşıb. Qəza nəticəsində 8 nəfər ölüb, daha 7-si isə xilasedicilər tərəfindən sudan çıxarılıb.
Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya çatdırılıblar.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man