Bakıda bir gündə qəzalarda üç nəfər öldü

Yol qəzaları 01 Avqust 2020 | 13:40
OXUNUB: 1258

Ötən gün Bakıda ölümlə nəticələnən üç yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bu barədə Avtosfer.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Binəqədi rayonunun Biləcəri qəsəbəsində iyulun 31-də saat 23:30 radələrində “Mercedes” markalı avtomobili idarə edən 1985-ci il təvəllüdlü paytaxt sakini Q.Zamanovun 17 yaşlı Məhəmməd Quliyevi vurması nəticəsində piyada hadisə yerində ölüb.

Həmin gün saat 16:15 radələrində Sabunçu rayonunda, Bakı-Mərdəkan yolunda “Mercedes” avtomobilinin sürücüsü, 1979-cu il təvəllüdlü Sadıxov yolu keçmək istəyən 50-55 yaşlı qadını vurub. Ölən şəxsin kimliyi hələlik müəyyənləşdirilməyib.

Xəzər rayonunun Binə qəsəbəsində “VAZ-2106”, “Mercedes” və “Opel” markalı avtomobillər toqquşub. Nəticədə, “Jiguli”nin sürücüsü, 1986-cı il təvəllüdlü Beyləqan rayon sakini Cavid Xanəliyev ölüb.

Faktlar paytaxtın rayon polis şöbələri tərəfindən araşdırılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man