Bakının Xəzər rayonunuda ağır yol qəzası baş verib. DİN Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, iyulun 30-da saat 23 radələrində Binə qəsəbəsi ərazisində qəsəbə sakini Cavid Xanalıyevin idarə etdiyi “VAZ-2106” markalı, Mərdəkan qəsəbə sakini N.Hacıyevin idarə etdiyi “Mercedes” və Qaraçuxur qəsəbə sakini P.Həsənovun idarə etdiyi “Opel” markalı avtomobillər toqquşub.
Qəza nəticədə “VAZ-2106”-nın sürücüsü hadisə yerində ölüb.
Xəzər RPİ tərəfindən araşdırma aparılır.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man