Kürdəmir rayonunda avtomobil qəzası baş verib. Hadisə rayonun Heydər Əliyev prospektindəki körpüdə qeydə alınıb.
Sürücü, 31 yaşlı rayon sakini Səfərli Kamran Fəxrəddin oğlu “Toyota” markalı avtomobillə hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Bu zaman avtomobil körpünün ətrafındakı təhlükəsizlik hasarına çırpılıb və hasar yerindən qoparaq aşağı düşüb. Xoşbəxtlikdən sürücü təhlükədən son anda qurtulub və hadisə zamanı körpünün alt hissəsindən keçən olmayıb
Fakt araşdırılır. ("Report")
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man