Ağstafa rayonunda minik avtomobilinin aşması nəticəsində iki nəfər xəsarət alıb. Hadisə rayonun Saloğlu kəndində qeydə alınıb. Hərəkətdə olan “VAZ-2107” markalı minik avtomobili idarəetməni itirib. Nəticədə, avtomobil yoldan çıxaraq dərəyə aşıb. Qəza zamanı avtomobildə olan 1994-cü il təvəllüdlü Vəkilov Növrə və 1978-ci il təvəllüdlü Qurbanov Elnur xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Hər iki yaralının vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır. (APA)
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man