Bakıda motosiklet “Mercedes-Benz Sprinter” markalı maşınla toqquşub.
Avtosfer.az-ın məlumatına görə, hadisə paytaxtın Səbail rayonu Badamdar qəsəbəsində qeydə alınıb.
Yüksək sürətlə hərəkətdə olan motosiklet qarşıdan gələn avtomobilə çırpılıb.
Qəza nəticəsində motosikletin sürücüsü - 30-35 yaşlı kişi müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man