Filippinin İsabela əyalətində hərbi vertolyot qəzaya uğrayıb. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə Kauayan şəhərində qeydə alınıb.
Məlumata görə, hərbi bazadan havaya qalxan və göyərtəsində 5 hərbçinin olduğu vertolyot, hələlik məlum olmayan səbəblərdən yerə çırpılıb. Qəza nəticəsində 2 nəfər ölüb, 1-i yaralanıb, daha 2-si isə itkin düşüb.
Hadisə yerinə xilasetmə xidmətinin əməkdaşları cəlb edilib.
Ölkənin Hərbi Hava Qüvvələri qəzanın baş vermə səbəblərini araşdırır.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man