Bakıda piyadanın xəsrət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, iyulun 21-i saat 12 radələrində Binəqədi rayonunun M.K.Atatürk prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini, 12 yaşlı S.Butayevin vurulması barədə 5-ci Polis Bölməsinə (PB) məlumat daxil olub.
Məlumata görə, uşağa xəstəxanada ilkin tibbi yardım göstərilib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Nissan” markalı avtomobili idarə edən Bakı şəhər sakini E.Fərzalıyev müəyyən edilərək saxlanılıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man