Hərbi vertolyot qəzaya uğradı; 9 ölü, 2 itkin, 6 yaralı - FOTO

Yol qəzaları 22 İyul 2020 | 10:08
OXUNUB: 627

Kolumbiya Hərbi Hava Qüvvələrinə məxsus “UH-60 Black Hawk” tipli vertolyot qəzaya uğrayıb. Avtosfer.az xəbər verir ki, hadisə Vaupes departamenti ərazisində qeydə alınıb. Bu barədə iyulun 21-də ölkənin müdafiə naziri Karlos Olmes Trubilo məlumat verib.

Onun sözlərinə görə, səhər saatlarında əlaqənin itdiyi hava gəmisinin göyərtəsində 17 hərbçi olub. 

O, həmçinin qeyd edib ki, artıq xilasedicilər 9 nəfərin cəsədini aşkarlayıblar, daha 2-nin axtarışları davam etdirilir. 6 nəfər isə xilas edilərək xəstəxanaya yerləşdirilib.

Qəzanın baş vermə səbəblərinin araşdırılması üçün xüsusi komissiya yaradılıb.

 

Namiq Musayev

 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man