Rusiyanın Stavropol diyarında qum fırtınası yol qəzasına səbəb olub. Avtosfer.az xəbər verir ki, hadisə iyulun 21-də “Budennovsk – Açikulak” avtomagistralının Heftekumsk rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, qum fırtınası səbəbindən görünüş səviyyəsinin aşağı düşməsi səbəbindən iki “Lada Priora” markalı minik avtomobili toqquşub. Qəza nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar, təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man